PKK İraqdakı dörd düşərgəni boşaltdı

12.10.2026

Bakupost saytına istinadən Icma.az xəbər verir.


PKK terror təşkilatı İraqın şimalındakı Metina bölgəsində dörd düşərgəni boşaldıb.

"Bakupost" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik mənbələrindən məlumat verilib.

"Milli həmrəyliyin və sosial inteqrasiyanın gücləndirilməsi çərçivəsində təhlükəsizlik baxımından münaqişə riski yaradan sığınacaqların boşaldılması istiqamətində aparılan işlər zamanı PKK/KCK oktyabrın 8-dən etibarən İraqın şimalında Metina bölgəsində yerləşən dörd sığınacağı (Hebat, Yajk, Sabri və Sason) boşaldıb", - deyə məlumatda bildirilib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью