PKK məsuliyyəti öz üzərinə götürdü

01.05.2025

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İraqın şimalındakı Duhok şəhərində beş peşmərgənin yaralanması ilə nəticələnən pilotsuz təyyarə hücumlarına görə məsuliyyəti PKK öz üzərinə götürüb.

"Cebheinfo.az" “Rudaw” telekanalına istinadən xəbər verir ki, PKK-dan verilən açıqlamada təşkilatın özü üçün “strateji” hesab etdiyi yerlərdə hərbi baza qurmaq cəhdlərinə qarşı hücuma keçdiyi bildirilib.

Hücumlarla bağlı yüksək rütbəli təhlükəsizlik rəsmisi, "Pilotsuz təyyarə Peşmərgə nöqtəsini vurdu, iki peşmərgə yaralandı" deyən yaralı peşmərgələrin sağlamlıq vəziyyətinin yaxşı olduğunu açıqlayıb.

Qeyd edək ki, ötən gün daha 3 peşmərgə bomba yüklü pilotsuz təyyarənin hücumu nəticəsində yaralanıb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью