PKK nı bu ölkələr də məhv etməlidir Fidan

26.01.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Türkiyə, Suriya və İraq terrorçuları birlikdə məhv etməlidir.

Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bağdadda İraq Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O, bildirib ki, üç ölkə PKK və İŞİD terror təşkilatlarına qarşı birgə mübarizə aparmalıdır.

“İraqdan gözləntimiz PKK-nı terror təşkilatı kimi tanımasıdır”, - H.Fidan əlavə edib.

O, həmçinin söyləyib ki, İraqla Suriyanın yeni hakimiyyəti arasında əlaqələr gücləndirilməlidir: “Türkiyə olaraq bunun üçün öhdəmizə düşəni edəcəyik”.

Türkiyəli nazir Qəzzadakı vəziyyət barədə də danışıb: “Atəşkəsin davamlı olmasını arzu edirik”.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri İraqda səfərdədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью