PKK nın 103 üzvü təslim oldu

01.12.2025

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

2025-ci ildə PKK terror təşkilatının 103 üzvü xaricdən gələrək Türkiyə hüquq-mühafizə orqanlarına təslim olub.

Nazir bildirib ki, ölkə üzrə əməliyyat-axtarış tədbirləri davam edir.

“2025-ci ildə terrorla mübarizə çərçivəsində 14 böyük, 77 orta ölçülü olmaqla, ümumilikdə 91 əməliyyat-axtarış tədbirləri həyata keçirilib. 306 mağara və sığınacaq məhv edilib, 3 442 kiloqram partlayıcı maddə, 403 silah və bu silahlara aid 45 465 sursat ələ keçirilib”, - Yerlikaya qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью