PKK nın Fransa qolunda fəaliyyət göstərən şübhəli həbs olunub

21.02.2025

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

İstanbul Respublika Prokurorluğunun terror təşkilatı PKK-nın fəaliyyətini ifşa etmək üçün apardığı istintaqda şübhəli bilinən Suat Palanın 2015-ci ilin mart ayından bu qurumun nəzarətində fəaliyyət göstərən Fransa Demokratik Kürd Şurası (CDK-F) tərkibində Renn şəhərində çalışdığı müəyyən edilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” Xəbər Agentliyi məlumat paylaşıb.

Məlumatda bildirilir ki, 2018-ci ilin mart ayında keçirilən qurultayında təşkilatın rəhbərliyində fəaliyyət göstərən Rennes Amara Kürd Demokratik Cəmiyyət Mərkəzinin (DKTM) həmsədri seçilən və 2019-cu ildə vəzifəsini tərk edən Palanın fevralın 18-də Almaniyadan Türkiyəyə girəcəyi aşkar edilib.

Pala Türkiyəyə daxil olarkən təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatla hava limanında saxlanılıb.

Polis bölməsindəki əməliyyatlardan sonra Pala İstanbul Ədliyyəsinə sövq edilərək həbs edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью