PKK nın qərarını saymadılar: Silahları yerə qoymayacağıq!

24.05.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

PKK-nın İran qolu sayılan PJAK, təşkilatın özünüləğv qərarına baxmayaraq silahlarını yerə qoymayacaqlarını açıqlayıb.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə PJAK-ın “sədr müavini” Əmir Kərimi məlumat yayıb.

“PKK lideri Abdullah Öcalanın çağırışını, ümumiyyətlə Yaxın Şərqdə kürd probleminin həlli üçün mühüm və müsbət addım olaraq görürük. Biz Tehrana qarşı silahlı mübarizəmizi davam etdirəcəyik. PJAK olaraq nə silahlarımızı yerə qoyacağıq, nə də özümüzü ləğv edəcəyik. PKK-nın özünüləğv qərarı onların öz işidir, bizimlə əlaqəsi yoxdur. PJAK-ın bu mövzu ilə bağlı qərarı fərqlidir”, - Ə.Kərimi bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью