PKK nın tərksilah edilməsi İsrailə təhlükə yaradır

05.03.2025

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

İsrail mətbuatında əksini tapan qiymətləndirmələrə görə, terror təşkilatı PKK lideri Abdullah Öcalanın PKK-nın silahı yerə qoyması və özünü dağıtması çağırışı ilə bölgədə böyük bir dəyişikliyin olacağı ehtimalı var.
Turkustan.az xəbər verir ki, bu dəyişiklik xüsusilə Türkiyənin təsirini artırarkən İsrailin maraqlarına zərər vurma potensialına malikdir.
“Atəşkəs Suriyanın güc dinamikasını dəyişdirə və İsrailin bu ölkədə mövcudluğuna meydan oxuya bilər”-deyə, Haaretz qəzetində dərc olunan təhlildə deyilir.
Təhlildə Suriya hava məkanının Baas rejimi dövründə Rusiya ilə koordinasiyalı şəkildə İsrail üçün açıq saxlandığı xatırladılıb və əlavə edilib: “Əgər Moskva yerinə Türkiyə buna nəzarət etsə, Suriya hava məkanı tezliklə İsrailə bağlana bilər”.
Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью