Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
“Bütün qruplar silahı yerə qoymalı, PKK özünü buraxmalıdır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə terror təşkilatı PKK-nın həbsdə olan lideri Abdullah Öcalanın müraciətində deyilir.
“1000 ildir varlığını qoruyan türk-kürd münasibətləri ittifaqa doğru inkişaf etməlidir. Cümhuriyyətin 2-ci əsri yalnız demokratik uzlaşma ilə yaxşı ola bilər. Cənab Bahçeli və cənab Prezident Ərdoğanın ortaya qoyduğu iradə sayəsində bu çağırışı edirəm”, - Öcalan bildirib.