Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Şimali İraqdakı Metina bölgəsinin boşaldılmasından sonra PKK terror təşkilatının Gara və Hakurk xəttindəki sığınacaqlarının da boşaldılması prosesi sürətlənib.
Mağaraların MİT-in nəzarəti altında məhv edilməsi, terrorçuların Kandildə toplanması, İraq rəhbərliyinin qəbul etmədiyi təşkilat rəhbərlərinin isə Türkiyənin nəzarəti altında üçüncü ölkələrə göndərilməsi planlaşdırılır.
"Cebheinfo.az" xəbər verir ki, “Türkiye” qəzetinin xəbərinə görə, PKK-nın ən mühüm logistika mərkəzlərindən biri olan Metina bölgəsinin boşaldılmasından sonra növbə Gara və Hakurk xəttindəki sığınacaq ərazilərinə çatıb. Təhlükəsizlik mənbələri Kandilə qədər uzanan bütün marşrut boyunca mağaraların mərhələli şəkildə məhv ediləcəyini və prosesin yanvar ayına qədər başa çatdırılmasının hədəfləndiyini bildiriblər.
Məlumata görə, ilk növbədə sığınacaq ərazilərində və logistika mərkəzlərindəki silahların kriminalistik qeydləri aparılır. Silahlar, döyüş sursatları, partlayıcı maddələr, dronlar, paramotorlar və peyk rabitə cihazları MİT tərəfindən siyahıya alındıqdan sonra məhv edilir. Hətta xəstəxananın da yerləşdiyi mağaralar MİT-in nəzarəti altında və Şimali İraq rəhbərliyi ilə koordinasiyalı şəkildə partladılaraq bir daha istifadə edilə bilməyəcək vəziyyətə gətirilir.
Təşkilat üzvlərinin dağınıq vəziyyətdə qalmaması üçün Kandil toplanma məntəqəsi kimi müəyyənləşdirilib. Mağaraların məhv edilməsindən sonra Kandilə çəkilən qrupların siyahıya alınaraq Türkiyəyə göndəriləcəyi bildirilib. Təhlükəsizlik mənbələri neçə nəfərin və hansı qaydada gələcəyinin müəyyənləşdiriləcəyini, konsulluqlarda və gömrük məntəqələrində yaradılacaq xüsusi masalar vasitəsilə ölkəyə girişlərin izləniləcəyini qeyd ediblər.
Milli Təhlükəsizlik Şurasının (MGK) silahların yerə qoyulmasını təsdiqləməsindən sonra cəza yüngülləşdirilməsini nəzərdə tutan hüquqi tənzimləmələrin əhatəsindən kənarda saxlanılan təşkilat rəhbərləri üçün üçüncü ölkə variantı ön plana çıxıb. İraq rəhbərliyinin təşkilat rəhbərlərini öz ərazisində istəmədiyini bildirməsi ilə əlaqədar Türkiyəyə gələ bilməyəcək bu şəxslərin Türkiyənin nəzarəti altında üçüncü ölkələrə göndərilməsi gündəmə gəlib.
Digər tərəfdən, Sincarın terrorizmdən təmizlənməsi prosesi İraq hökumətinin nəzarəti altında həyata keçirilir. Təhlükəsizlik mənbələri bölgənin təmizlənməsi halında Türkiyənin Başika hərbi bazasını boşaldacağını bildiriblər. Onlar mülki əhalinin geri qayıtması ilə birlikdə Türkiyəyə gələcək ilk qrupun Sincardan ola biləcəyini də qiymətləndiriblər.
PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın prosesdəki vəziyyəti ilə bağlı danışan təhlükəsizlik mənbələri ona rəsmi vəzifə və ya “Silahsızlanma və Sülh Şurasının sədrliyi” kimi status verilməyəcəyini vurğulayıblar. Mənbələr Öcalanın yalnız təşkilatın ləğvi prosesində iştirak etdiyini bildiriblər.İmralıda Öcalan üçün villa tikildiyi barədə iddialar da təkzib edilib. Təhlükəsizlik mənbələrinin məlumatına görə, o, iki otağı və iş sahəsi olan mövcud bölmədə qalır.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin