PKK Suriyada Türkiyənin nəzarətində olan bölgəyə atəş açıb Bir uşaq ağır yaralanb

23.11.2024

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

Bu gün PKK/KCK terror təşkilatı Suriyanın Ayn Əl Ərəb bölgəsindən Türkiyənin nəzarətində olan “Zeydun budağı" əməliyyatı bölgəsinə minaatanlarla hücum edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Çarık kəndinə atılan mərmi bir azyaşlı uşağın ağır yaralanmasına səbəb olub.

Məlumata görə, uşaq dərhal xəstəxanaya aparılıb: "Oğlanın vəziyyəti çox ağırdır...".

Xəbərdə deyilir ki, Türkiyə hərbçiləri adekvat cavabla terrorçuları susdurublar...

Firudin Səfərli
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью