PKK terror təşkilatının özünü buraxacağı tarix açıqlanıb

05.03.2025

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

PKK terror təşkilatının bu ilin aprel ayında özünü buraxmaq üçün qurultay keçirəcəyi gözlənilir.

Məlumatı “Haber Global” yayıb.

Bildirilib ki, ötən həftə qruplaşmanın başçısı Abdulla Öcalan təşkilata özünü buraxıb tərksilah olunmaqla bağlı müraciət etmişdi. Məlumata görə, Öcalanın da qurultayda iştirak edəcəyi ehtimal olunur.

"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью