Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
PKK terror təşkilatının üzvləri Suriyanın şimalında dinc əhaliyə qarşı kütləvi qətliam həyata keçiriblər.
KONKRET.az xəbər veirr ki, bu barədə Clash Report məlumat yayıb.
Bildirilib ki, terrorçular Hələb vilayətinin ərazisində yerləşən Ayn əl-Ərəb şəhərində 21 mülki şəxsi amansızlıqla qətlə yetiriblər. Məlumata görə, silahlı qrup törətdiyi bu cinayət əməllərini özləri videoya çəkərək sosial şəbəkələrdə paylaşıb.
Mənbə qeyd edir ki, hadisə bölgədə humanitar vəziyyəti daha da gərginləşdirib və mülki əhalinin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar yaradıb. Hadisə ilə bağlı beynəlxalq ictimaiyyətin reaksiyası gözlənilir.
Natiq Səlim,
KONKRET.az