PKK terrorçuları TRT komandasına hücum edib

11.12.2024

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

PKK terror təşkilatı Suriyanın Mənbic bölgəsində TRT komandasına hücum edib.

Bakıvaxtı.az "TRT"-yə istinadla xəbər verir ki, kanalın əməkdaşlarının yayım apardığı zaman əraziyə bombalı pilotsuz uçan aparatla hücum edilib. Hadisə nəticəsində qrupun avtomobilinə ciddi ziyan dəyib.

Bildirilib ki, TRT-nin müxbiri Bülent Çulcuoğlu, operatorlar Fatih Şenel və Bülent Serin və sürücü Yusuf Serinin səhhəti yaxşıdır. 

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью