PKK Türkiyə sərhədindən də çəkildi Zap düşərgəsi ləğv olundu

17.11.2025

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


PKK terror təşkilatı Şimali İraqdakı Zap düşərgəsindən çəkildiyini açıqlayıb. Təşkilat, atılan bu addımla bölgədəki toqquşma riskinin aradan qaldırıldığını bildirib.
Bakupost.az xəbər verir ki, terror təşkilatının yaydığı açıqlamada, “16 noyabr axşamı etibarilə Zap bölgəsində toqquşma riski yaradan qüvvələrimiz müxtəlif uyğun sahələrə çəkilmiş vəziyyətdədir. Hazırkı durumla həmin ərazidə toqquşma riski tamamilə aradan qaldırılıb”, – deyə qeyd olunub.
Təşkilat PKK lideri Öcalanın fevralın 27-də etdiyi çağırışdan sonra may ayında silah buraxma qərarı qəbul etmişdi. Öcalanın çağırışı əsasında toplanan və 12-ci qurultayda verilən təşkilatın buraxılması qərarı çərçivəsində PKK üzvlərindən ibarət bir qrup iyul ayında Süleymaniyyədə keçirilən simvolik mərasimdə silah buraxdığını elan etmişdi.
Cavid, BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью