PKKnın daha bir lideri məhv edildi

27.11.2024

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Sincar bölgəsində keçirdiyi əməliyyatla terror təşkilatı PKK/KCK-nın sözdə liderlərindən olan "Hevi" kod adlı Sadiyə Məhəmməd Əhmədi zərərsizləşdirib.

Adalet.az xəbər verir ki, bu  barədə MİT açıqlama yayıb. 

Bildirilir ki, 2001-ci ildən Suriya və İraqda terror fəaliyyətləri həyata keçirən Əhmədin təşkilatın kəşfiyyat strukturuna cavabdeh olduğu müəyyən edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью