PKKnın Suriyadakı lideri ələ keçirildi Foto

07.12.2024

Publika.az saytına istinadən Icma.az xəbər verir.

PKK/KCK terror təşkilatının Suriyadakı "lider"lərindən biri olan Serhat Özmen xaricdə yaxalanaraq Türkiyəyə gətirilib.

Publika.az xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) "Yılmaz" kod adlı Serhat Özmenin xaricdəki yerini müəyyən edib. Daha sonra təşkilat tərəfindən həyata keçirilən əməliyyat nəticəsində o, tutularaq Türkiyəyə gətirilib.

2014-cü ildə terror təşkilatına qoşulan S.Özmenin müxtəlif bölgələrdə silahlı fəaliyyətlərdə iştirak etdiyi müəyyən olunub. O, Suriyadakı fəaliyyətlərindən sonra 2023-cü ilin əvvəlindən İraqdakı PKK/KCK strukturlarında fəaliyyət göstərib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью