PKK/YPG terrorçularına qarşı əməliyyat başlanıb, işğal altındakı qəsəbə və kənd azad edilib

08.12.2024

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Suriya Milli Ordusu PKK/YPG-nin nəzarət etdiyi Mənbicdə əməliyyata başlayıb.

APA xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Suriya Milli Ordusu “Azadlıq şəfəqi” əməliyyatında PKK/YPG terror təşkilatının işğalı altındakı Mənbicin Ureyme qəsəbəsi və Um Dadat kəndini azad edib.

Məlumata görə, ordu Mənbicin 80 faizinə nəzarəti ələ alıb. Mənbələr Ordunun Mənbicin mərkəzinə daxil olduğunu açıqlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью