Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bunu SDG/YPG-nin rəhbəri Fərhad Abdi Şahin deyib.
O, Suriyanının şimal-şərqində yerləşən Qamışlı bölgəsində keçirilən mərasimdə çıxışında bildirib ki, kürd qruplaşmalarının Dəməşqin yeni hakimiyyəti ilə apardığı danışıqlar nəticəsində inteqrasiya prosesi başa çatıb.
“Bu inteqrasiya ilə yeni bir mərhələyə və prosesə qədəm qoyduğumuzu bəyan edirik. Mühüm bir prosesdən keçirik. Növbəti mərhələdə inzibati strukturda da fundamental dəyişikliklər ediləcək”, - Abdi Şahin söyləyib.
Qruplaşma rəhbəri onu da deyib ki, artıq PKK üzvləri Suriyanı tərk edib. O həmçinin SDG/YPG-ni dəstəkləmək üçün bölgəyə kənardan gələn qüvvələrin də razılaşmanın bir hissəsi olaraq geri çəkildiyini açıqlayıb.
Qeyd edək ki, ekspertlər bunu “Terrorsuz Türkiyə” prosesinin növbəti müsbət nəticəsi kim i qiymətləndirirlər.
Mürtəza