Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Brentford” futbolçusu Kristoffer Ayerlə müqaviləni uzadıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 27 yaşlı müdafiəçinin sözləşməsi 2030-cu ilin yayına kimi artırılıb.
Ayer 2021-ci ildən “Brentford”da çıxış edir. O, bu mövsüm 19 oyunda 2 qol vurub.
Ayer Norveç yığmasının da üzvüdür.