PL tarixinin ən yaxşı vingeri kimdir?

23.08.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“FourFourTwo” portalı İngiltərə Premyer Liqası tarixinin ən yaxşı vingerini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, bu, “Liverpul”un oyunçusu Məhəmməd Salahdır.

İkinci sırada “Mançester Yunayted”in sabiq futbolçusu Kriştiano Ronaldo yer alıb. “Üçlüy”ü “Tottenhem”dən Son Hın Min tamamlayır.

Salah 2017-ci ildən “Liverpul”un formasını geyinir. O, daha əvvəl İngiltərədə “Çelsi”də də forma geyinib. 32 yaşlı futbolçu Premyer Liqada ümumilikdə 264 oyunda 158 qol vurub, 70 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью