Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
"Prinsipial olaraq İrəvan tərəfindən qəbul edilib ki, Kərki Azərbaycan kəndidir və mütləq geri veriləcək".
Politoloq Natiq Miri bunu Ermənistanın Ərazi idarəetmə və infrastruktur naziri David Xudatyanın Baş nazir Nikol Paşinyana Kərkidə yaşayan erməni əhalinin başqa əraziyə köçürülməsi ilə bağlı təqdim etdiyi üç variantı Bakıvaxtı.az-a şərh edərkən bildirib.
Ekspertə görə, prosesin içində düyün nöqtələri dərhal həll olunmaya, sonrakı mərhələyə də saxlanıla bilər. Müsahibimiz bildirib ki, hələlik erməni xalqı nə qədər sülhə səs vermiş olsa da, hələ də ictimai şüurda Azərbaycana qarşı düşmənçilik zehniyyəti tamamilə şüurlardan yox olmayıb.
Natiq Miri: Şərt deyil ki, mütləq mənada Başkəndi verib, əvəzinə Kərkini alaq
N.Miri qeyd edib ki, bu, zaman və illərə daşınan bir məsələdir, yəni tədrici bir prosesdir:
"Mütləq mənada ilk növbədə yeni Konstitusiyanın qəbulundan və ərazi iddiaları ilə bağlı problem həllini tapandan sonra yekun sülh bağlanacaq. Bunun ardınca diplomatik münasibətlər qarşılıqlı olaraq tənzimlənəcək. İqtisadi münasibətlər, enerji sahəsində əlaqələr və ticarətin genişlənməsi və xaqların qarşılıqlı təması şüurlarda tamamilə düşmənçiliyi siləcək".
Politoloq görə, malnız bundan sonra çox rahatlıqla bu məsələləri, ağrısız şəkildə çözmək mümkündür. Məhz bu müddətdən sonra Kərki və digər kəndləri Azərbaycana qaytarmaq reallaşacaq:
"Şərt deyil ki, mütləq mənada Başkəndi verib, əvəzinə Kərkini alaq. Ərazi mübadiləsi bu gün o qədər də vacib məsələ deyil. Digər rahat məsələlərdə sürətli addımlar atmaq daha məqsədəuyğundur”.
Qeyd edək ki, Ermənistan hökuməti müvəqqəti nəzarəti altında olan Azərbaycanın Sədərək rayonunun Kərki kəndinə qanunsuz yaşayan sakinlərin təxliyəsini müzakirə edir. Ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan Baş nazir Nikol Paşinyana Kərkidə yaşayan erməni əhalinin başqa əraziyə köçürülməsi ilə bağlı üç variant təqdim edib. Məlumata görə, Xudatyanın təqdim etdiyi üç variantdan ikisi faktiki olaraq mövcud yaşayış məntəqələrinin adının dəyişdirilərək Kərkidən köçürüləcək sakinlərin həmin ərazilərdə yerləşdirilməsini nəzərdə tutur. Bundan başqa, köçürüləcək sakinlər üçün qısa müddətdə bir neçə onlarla evin tikilə biləcəyi ərazi də müəyyənləşdirilib. Üçüncü variant isə Kərki sakinlərinə kompensasiya ödənilməsi və onların başqa əraziyə köçürülməsidir. Qeyd edək ki, Kərki Azərbaycanın Sədərək rayonunun ərazisində yerləşən, Ermənistanın nəzarətində olan Azərbaycan eksklavıdır. Ermənistan tərəfi kəndi Tiqranaşen adlandırır. Nikol Paşinyan son açıqlamalarında isə kəndə Azərbaycan adı olan “Kərki” ilə müraciət edir və onun Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29 743 kvadratkilometrlik ərazisinə daxil olmadığını bildirir.
Aydın Baxış