Planetin ən soyuq yeri açıqlandı

02.12.2025

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Dünyanın ən soyuq yeri Şərqi Antarktika Yaylasıdır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “IFLScience” portalı məlumat yayıb.  
Portalın məlumatına görə, Şərqi Antarktika Yaylasında ilk dəfə 1983-cü il iyulun 23-də havanın temperaturu təqribən mənfi 89,2°C-ə düşərək, yaylanın orta illik temperaturundan xeyli aşağı düşüb. Bununla belə, o vaxtdan bəri Şərqi Antarktika Yaylasında daha aşağı temperaturlar da qeydə alınıb.
Belə ki, Boulder Kolorado Universitetinin Milli Qar və Buz Məlumat Mərkəzindən bir qrup Şərqi Antarktika Yaylasında 2004-2016-cı illərdə toplanmış peyk məlumatlarını araşdırıb. Araşdırmalar göstərib ki, bu illər ərzində yaylanın bəzi ərazilərində qütb gecəsində temperatur -98°C-ə qədər çatıb.
Aşağı  temperatur əsasən buz təbəqəsinin ən yüksək olduğu hissələrdə, dəniz səviyyəsindən 3800-4050 metr hündürlüklərdə qeydə alınıb.
Araşdırmalar həmçinin göstərib ki, aşağı temperatur daha çox güclü Antarktika qütb burulğanı zamanı müşahidə olunub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью