Planlarımız var Baş məşqçi DANIŞDI

12.02.2025

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Turnir cədvəlində birinci yerdəyik". Bunu SİA-ya qadın voleybolçulardan ibarət “Abşeron” klubunun baş məşqçisi Famil Ağayev deyib.

Təcrübəli məşqçi bildirib ki, yerli çempionatda üstü pillədə qərarlaşmaq sevindirici haldır: "Bunu sona kimi davam etdirməliyik. Əsas hədəfimiz birinci olmaqdır. Komanda da abu-hava yaxşıdır. Düzdür, biraz eniş oldu amma toparlanmışıq. Yolumuzu davam etdiririk. Planlarımız var amma hələ ki, bununla bağlı danışmaq üçün tezdir. Komandada heç bir dəyişiklik olmayacaq".

Qeyd edək ki, "Abşeron" 23 xalla turnir cədvəlinə başçılıq edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью