Plantasiyalardan süfrəyə FOTO

21.10.2026

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, İqtisadiyyat Nazirliyinin Lənkəran-Astara Regional Bölməsi və Lənkəran Regional Turizm İdarəsinin birgə təşkilatçılığı sayəsində “Yaşıl marşrutdan yaşıl biznesə” layihəsi çərçivəsində Astarada yerləşən “Green Plant” MMC-nin çay emalı müəssisəsində “Plantasiyalardan süfrəyə” adlı maarifləndirici tədbir baş tutub.
Tədbir zamanı gənclər müəssisənin fəaliyyəti ilə yaxından tanış olub, çəltik emalı prosesi və çay istehsalında istifadə olunan emal qurğuları haqqında ətraflı məlumat əldə ediblər. İştirakçılara çayın plantasiyalardan başlayaraq emal mərhələsindən keçərək istehlakçıya çatdırılması prosesi barədə məlumat verilib.
Bununla yanaşı, gənclər müəssisədə yaradılmış çay nümunələri muzeyi ilə yaxından maraqlanıb, müxtəlif çay nümunələri və çayçılıq ənənələri haqqında biliklərini artırıblar.
Tədbirin əsas məqsədi gənclərin kənd təsərrüfatı və istehsal sahələrinə marağını artırmaq, yerli istehsalın əhəmiyyəti barədə məlumatlılıqlarını genişləndirmək, eləcə də yaşıl iqtisadiyyat və dayanıqlı biznes imkanları haqqında biliklərini inkişaf etdirməkdir.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью