Plastik cərrahlara saxta yolla sertifikat verilməsi ilə bağlı araşdırma aparılır AzPolitika onlayn siyasiictimai qəzet

09.12.2024

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Səhiyyə Nazirliyi məşhur plastik cərrahların sertifikatlarının ləğv edilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq deyilib ki, məsələ ilə bağlı Nazirlik hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar aparır.

“Sonda istintaq orqanı aparılan araşdırmaların nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”, - Nazirlikdən bildirilib.

Qeyd edək ki, rüşvət qarşılığında ixtisasların dəyişdirilməsi və saxta sertifikatların verilməsində Səhiyyə Nazirliyinin bir neçə vəzifəli şəxsinin adı hallanır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью