Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Məşhurlar daim gənc və gözəl qalmaq təzyiqini ən çox hiss edən insanlardır.
Xüsusilə, aktrisalar, qadın müğənnilər və modellər üçün bu həm karyeralarını qorumaq, həm də gəlir əldə etməyə davam etmək üçün vacib amildir.
Buna görə də plastik əməliyyata müraciət edənlərin sayı kifayət qədər çoxdur.
Bu mövzuda adı illərdir plastik əməliyyatlarla hallanan məşhurlardan biri də britaniyalı ulduz Keti Praysdır.
O, keçirdiyi əməliyyatların sayını artıq özü də itirib və plastik əməliyyat "asılılığı" səbəbindən həyatında böyük itkilərlə üzləşib.
Maddi sıxıntılar yaşayan Prays yalnız müflis olmaqla qalmayıb, həm də malikanəsini itirib.
Son zamanlarda yenidən bıçaq altına yatan ulduz üzgərmə əməliyyatı etdirdiyini açıqlayıb.