Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Plastik qabların istifadəsi zamanı zəhərli maddələrin ayrılması barədə iddialar ciddi şişirtmədir. Bununla belə, onları düzgün şəkildə istifadə etmək vacibdir.
Redaktor.az xəbər verir ki, bu barədə aif.ru-ya İrina Levakova məlumat verib.
Mütəxəssis izah edib ki, birdəfəlik plastik qab-qacaqda ikincili mikroplastik ya məmulatların mexaniki aşınması, ya da istilik, hava, su və duzun təsiri ilə parçalanması nəticəsində yaranır.
Levakovanın sözlərinə görə, insanın plastik stəkana su tökməzdən əvvəl onu sürtməsi real olmadığı üçün mikroplastikin orqanizmə düşməsi təhlükəsi mövcud deyil.
Aytəkin TOFİQQIZI