Plastik qablarla bağlı xəbərdarlıq

29.07.2026

Medicina saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Plastik qida qablarını qabyuyan maşında yumaq hər yuma zamanı yüz minlərlə mikroplastikin ayrılmasına səbəb ola bilər.

Medicina.az xəbər verir ki, Queensland Universitetinin alimləri yüksək temperatur, yuyucu vasitələr və güclü su axını plastik qabların səthini zəiflədərək mikro və nanoplastik hissəciklərin ayrılmasına səbəb olduğunu bildirblər.

Tədqiqatçıların sözlərinə görə, bir yuma dövründə plastik qablardan 920 minə qədər mikroplastik hissəcik kanalizasiyaya düşə bilər. Müntəzəm istifadə zamanı bu miqdar il ərzində milyonlarla hissəciyə çata bilər.

Mütəxəssislər plastik qabların ömrünü uzatmaq və mikroplastik riskini azaltmaq üçün onları mümkün qədər əl ilə yumağı, köhnəlmiş və cızılmış plastik qabları dəyişməyi, həmçinin alternativ olaraq şüşə və ya metal qablardan istifadə etməyi tövsiyə edirlər.

Xanım,

Medicina.az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью