“Platforma vasitəsilə digər istedadlı tələbələrlə birləşərək öz startap komandalarını formalaşdıra biləcəklər” Rektor

13.10.2026

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“UNEC tələbələri və tədqiqatçıları üçün yeni fürsətlər vəd edən  "UNEC Business & Innovation Hub" rəqəmsal platforması istifadəyə verilib. Bu platforma UNEC-də yaranan innovativ ideyaları və elmi tədqiqatları birbaşa prototip emalatxanalarından, elmi mentorluq süzgəclərindən keçirib kommersiya məhsullarına və startaplara çevirmək üçün nəzərdə tutulmuş rəqəmsal ekosistemdir. Müəssisələr həll edə bilmədiyi istehsalat, texnologiya və biznes problemlərini platformaya "Açıq Çağırış" kimi çıxara biləcək”. 

Bunu 525.az-a Bu barədə 525.az-a UNEC-dən məlumat verilib. Ə.Muradov bildirib ki, UNEC-in tələbə və gənc tədqiqatçıları həmin real biznes problemlərinə innovativ həllər hazırlayaraq birbaşa korporativ maliyyələşmə, mükafat və R&D tərəfdaşlığı qazana biləcəklər. Layihə müəllifləri öz ideyalarını reallaşdırmaq üçün platforma vasitəsilə digər istedadlı tələbələrlə birləşərək öz startap komandalarını  formalaşdıra biləcəklər.

Sevinc Qarayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью