Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Fransa futbolunun əfsanəsi və UEFA-nın sabiq prezidenti Mişel Platini FIFA prezidenti Canni İnfantinonu sərt tənqid edib.
İdman.Biz “Rmcsport”a istinadən xəbər verir ki, Platini FIFA rəhbərinin vəzifəsindən getməli olduğunu bildirib və onu özünün təminatçısı olduğu qaydalara əməl etməməkdə günahlandırıb.
Fransalı veteran FIFA daxilindəki mövcud idarəetmə modelini tənqid edərək İnfantinonun qurumun maraqlarından daha çox şəxsi mövqeyini ön plana çıxardığını düşündüyünü bildirib.
“O, təminatçısı olduğu qaydalara hörmət etmir. Belə vəziyyətdə getməlidir”, – deyə Platini açıqlamasında bildirib.
Platini FIFA rəhbərliyində şəffaflığın və institusional qaydalara əməl olunmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, təşkilatın prezidenti özü qaydalara əməl etmirsə, həmin postda qalması düzgün deyil.
Qeyd edək ki, Platini ilə FIFA rəhbərliyi arasında münasibətlər uzun illərdir gərgin olaraq qalır. Fransalı sabiq funksioner əvvəl də dünya futbol qurumunun idarəetmə prinsipləri ilə bağlı tənqidi fikirlər səsləndirib.