Platinin qiyməti bahalaşdı

26.09.2025

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Nyu-York Əmlak Birjasında platin füçerslərinin qiyməti 2013-cü ildən bəri ilk dəfə bir Trua unsiyası üçün 1533 dolları keçib.

Metbuat.az xəbər verir ki, bu barədə hərrac rəqəmlərində qeyd edilib. Məlumata görə, qiymətli metalın dəyəri 3.22% faiz bahalaşaraq, bir Trua unsiyası üçün 1533.6 dollar təşkil edib.

Qeyd edək ki, bundan əvvəl "Comex" birjasında qızıl füçerslərinin qiyməti tarixin ən yüksək məbləğinə çatmışdı. Qiymətli metalın qiyməti 1,05% bahalaşaraq, 1 trua unsiyası üçün 3722,2 dollar təşkil etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью