Platininin evi qarət olundu

18.07.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

UEFA-nın keçmiş prezidenti Mişel Platini Buş-du-Ronda (Marsel yaxınlığında) evində qarət edilib.

"Unikal" xəbər verir ki, hadisə iyulun 18-də səhər saat 6 radələrində baş verib. Platini bağçasından səslər gəldiyini eşidib və nə baş verdiyini yoxlamaq üçün çölə çıxıb. Bu zaman qara paltarlı, kapüşonlu naməlum kişinin yoxa çıxdığını görüb.

Platini naməlum şəxsin 20-yə yaxın medal və kuboku oğurladığın aşkar edib. Dəymiş ziyanın məbləği hələ müəyyən edilməyib. 70 yaşlı Platininin özü isə xəsarət almayıb. Marsel polisi hadisə ilə bağlı araşdırmalara başladığını bildirib.

1984-cü ilin Avropa çempionu və üçqat "Qızıl top"un sahibi Mişel Platini 2007-2015-ci illərdə UEFA prezidenti vəzifəsində çalışıb. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью