“Plato Capital and Co. İnvestisiya Şirkəti”nin lisenziyası ləğv olunub

12.12.2024

Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Mərkəzi Bankı (AMB) "Plato Capital and Co. İnvestisiya Şirkəti" ASC-nin lisenziyasını ləğv edib.

Missiya.Az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun İdarə Heyətinin qərarı ilə fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılmasına dair icrası məcburi göstərişlərə əməl edilməməsinə görə “Qiymətli kağızlar bazarı haqqında” qanunun 70.1.6-cı maddəsinə uyğun olaraq investisiya şirkətinin lisenziyası ləğv olunub.

Qanunun 70.3-cü maddəsinə müvafiq olaraq lisenziyası ləğv edilən investisiya şirkəti Mülki Məcəlləyə uyğun olaraq ləğv edilir.

Xatırladaq ki, “Plato Capital and Co.” 2002-ci ildə "Texnika Kapital Menecment" adı ilə yaradılıb, 2015-ci ildə adını "Kapital Menecment"ə, 2018-ci ildə "Plato Menecment"ə dəyişib, 2019-cu ildə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 816 min manatdır. İnvestisiya şirkətinin səhmdarları 99 % payla "Red Block" MMC və 1 % payla Leyla Hacıyevadır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью