Pley off da finallar: nə vaxt və harada?

27.03.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Pley-off-da finallar: nə vaxt və harada?

Xəbər verdiyimiz kimi, 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində pley-off finallarının bütün cütlükləri bəlli olub.

QOL.az xəbər verir ki, final matçları martın 31-də keçiriləcək. Bütün oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Qalib komandalar DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanacaqlar.

Final cütlükləri və oyunların keçiriləcəyi şəhərlər:

A yolu: Bosniya və Herseqovina  – İtaliya 

(Zenitsa, Bosniya və Hersoqovina)

B yolu: İsveç – Polşa

(Solna, İsveç)

C yolu: Kosovo – Türkiyə 

(Priştina, Kosovo)

D yolu: Çexiya – Danimarka 

(Praqa, Çexiya)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью