Pley offa vəsiqə Qarabağ a gəlir gətirdi Azərbaycan çempionu nə qədər qazandı?

29.01.2026

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda səfərdə "Liverpul"a böyük hesabla uduzsa da (0:6), pley-offa yüksələn "Qarabağ" büdcəsini zənginləşdirməyə davam edir.

Fanat.Az xəbər verir ki, 10 xalla 22-ci olan ağdamlılar 1/16 finala adladığı üçün daha 1 milyon avro (təxminən 2 milyon manat) qazanıb.

Beləliklə, "köhlənlər"in turnirin əsas mərhələsindəki qazancı 8 milyon avroya (16 milyon manat) çatıb. 

ÇL-in təsnifat mərhələlərini nəzərə alsaq, "Qarabağ"ın qazancı 19 milyon 620 min avrodur - 38, 38 milyon manat.

Nihat 

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью