Pley offda ötən gecə baş tutan görüşlərin nəticələri necə oldu? ÇL

19.02.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


“Bavariya”, Belçikanın “Brügge” və Portuqaliyanın “Benfika” klubları Çempionlar Liqasının 1/8 finalına yüksəlib.
Yeniavaz.com
xəbər verir ki, pley-off mərhələsinin cavab oyununda “Bavariya” Şotlandiyanın “Seltik” klubu ilə qarşılaşıb və görüş heç-heçə başa çatıb – 1:1
Qeyd edək ki, ilk oyunda “Bavariya” 2:1 hesabı ilə qalib gəlmişdi.
“Club Brugge” isə Avropa Liqasının sonuncu qalibi “Atalanta” üzərində inamlı qələbə qazanıb – 3:1. Belçika təmsilçisi ilk oyunda da 1:2 hesablı qələbəyə sevinmişdi.
“Benfika” ilk oyunda minimal hesablı (1:0) qələbəsindən sonra cavab matçında “Monako” ilə 3:3 bərabərə qalıb və nəticədə mərhələni adlayan tərəf olub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью