Pley offun bütün iştirakçıları bəlli olub

19.04.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Basketbol üzrə Avroliqada pley-offun bütün iştirakçıları bəlli olub.

İdman.biz xəbər verir ki, "Paris" və "Real" pley-indəki uğur sayəsində son iki vəsiqəyə sahib çıxıblar.

Pley-off seriyası 3 qələbəyədək davam edəcək. Oyunlara ayın 22-də start veriləcək.

Qeyd edək ki, "Dördlər Finalı" ilk dəfə Avropadan kənarda Abu-Dabidə təşkil olunacaq. Həlledici oyunlar mayın 22-25-də baş tutacaq.

Avropaliqa, pley-off
"Olimpiakos" (1) - "Real" (7)
"Fənərbaxça" (2) - "Paris" (8)
"Panatinaikos" (3) - "Anadolu Efes" (6)
"Monako" (4) - "Barselona" (5)

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью