Plotnikovun Azərbaycan klubuna keçidi BAŞ TUTMADI

19.01.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Belarus millisinin qapıçısı Maksim Plotnikovun karyerasını Azərbaycanda davam etdirmək variantı alınmayıb. 
Bizim.Media Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı qolkiper bu ölkədə çıxış edəcək.
 

Ölkəsində “Slaviya” klubundan ayrılan Plotnikov Azərbaycan da daxil olmaqla bir neçə ölkədən təklif almasına baxmayaraq, Qazaxıstanın yüksək liqa təmsilçisi “Jenis”lə anlaşıb. O, yeni komandası ilə 1 illik müqavilə imzalayıb.


Qeyd edək ki, Maksim Plotnikov daha əvvəl – 2023-2024-cü illərdə Qazaxıstanda “Kaspi” klubunun formasını geyinib. Onun “Qəbələ”yə gəlmək ehtimalı var idi.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью