Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son günlər sosial şəbəkələrdə fərdi yaşayış evlərində hibrid və elektrik avtomobillərinin doldurulması üçün quraşdırılan elektrik şitləri ilə bağlı müzakirələr gedir. İddialara görə, bu qurğuların rəsmiləşdirilməsi və texniki şərtin alınması tələb olunur, əks halda vətəndaşları cərimələr gözləyə bilər.
Məsələ ilə bağlı hüquqşünas Aysel Süleymanova Demokrat.az-a açıqlama verib. O qeyd edib ki, bu qurğular yalnız texniki normativlərə uyğun şəkildə işləyə bilər:
“Bunun üçün müvafiq icazə və texniki şərt alınması vacibdir. Əks təqdirdə ev sahibləri həm inzibati məsuliyyətə cəlb oluna bilər. İnzibati qaydalar çərçivəsində, icazəsiz qurğular müəyyən cərimələrə səbəb ola bilər. Bu, əsasən 100-500 manat arası dəyişir, lakin təhlükəsizlik pozuntusu və ya qəza baş verərsə, məsuliyyət həm maliyyə, həm də hüquqi baxımdan daha ciddi ola bilər”.
Hüquqşünas vurğulayıb ki, elektrik şitlərinin quraşdırılması müvafiq enerji idarəsinin təsdiqi olmadan həyata keçirilməməlidir:
“Peşəkar elektrik şirkətləri tərəfindən düzgün və qanuni şəkildə quraşdırılan şitlər isə həm təhlükəsizliyi təmin edir, həm də gələcəkdə cərimə riskini aradan qaldırır. Vətəndaşlar yalnız rahatlıq üçün deyil, həm də təhlükəsizlik və qanuni məsuliyyət baxımından quraşdırmanı düzgün prosedurlarla həyata keçirməlidirlər. Qanunsuz quraşdırma həm pul itkisinə, həm də ciddi təhlükələrə yol aça bilər”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Məsələ ilə bağlı hüquqşünas Aysel Süleymanova Demokrat.az-a açıqlama verib. O qeyd edib ki, bu qurğular yalnız texniki normativlərə uyğun şəkildə işləyə bilər: