Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Günəş sisteminin ən sirli göy cisimlərindən biri olan Pluton alimləri yenidən təəccübləndirib. NASA-nın “New Horizons” kosmik aparatının məlumatlarının yeni təhlili burada maye azotun axmış ola biləcəyini göstərir.
XQ xəbər verir ki, alimlər Plutonun “ürək” formasında olan nəhəng Sputnik Planitia buzlağının səthindəki tünd izləri araşdırıblar. Tədqiqatçılar hesab edirlər ki, bu izlər yeraltından çatlar vasitəsilə səthə qalxan maye azotun hərəkəti ilə bağlı ola bilər.
Kompüter modelləri də azotun buzlağın altında əriməsi və kiçik kanallarla yuxarı doğru hərəkət etməsinin mümkün olduğunu göstərib. Alimlərin fikrincə, bu kəşf soyuq və uzaq Plutonun düşünüldüyündən daha fəal geoloji proseslərə malik ola biləcəyini göstərir.