Plyuşenko ailəsi ilə birlikdə Bakıda ev almağı planlaşdırır

27.07.2026

Icma.az bildirir, Oxumeni.az saytına əsaslanaraq.

Plyuşenko ailəsi ilə birlikdə Bakıda ev almağı planlaşdırır

Yana Rudkovskaya Yevgeni Plyuşenko ilə birlikdə Azərbaycanda yaşayış yeri axtarır. Bakıdakı tədbirlərin birində prodüser artıq variantlardan birinə baxdıqlarını etiraf edib. Onun sözlərinə görə, söhbət dəniz kənarında, ikinci xətdə yerləşən malikanədən gedir. Oxuməni.az xəbər verir ki, bu barədə “ mk.ru” mılumat yayıb.

Rudkovskaya dəqiqləşdirib ki, məhz ev almaq Plyuşenkonun əsas məqsədinə çevrilib və bu təklif oğulları Aleksandrın da xoşuna gəlib: yeniyetmə dərhal özünə bir otaq seçib.

Daha əvvəl Yana bildirmişdi ki, Aleksandr internetdəki tənqidlərə o qədər də fikir vermir. Prodüser oğlunu neqativdən qorumağa çalışır və ondan aqressiv şərhləri oxumamağı xahiş edir.

Ailənin Azərbaycandakı daşınmaz əmlaka marağı, Rudkovskaya və Plyuşenkonun oğlu Aleksandrın idman vətəndaşlığını dəyişməsindən bir neçə ay sonra yaranıb. May ayında fiqurlu konkisürənin beş il ərzində beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcəyi məlum olmuşdu.

Həmçinin Rudkovskaya ingilis dilini təkmilləşdirməklə yanaşı, italyan dilini öyrənmək planlarından da danışıb. O, müəllim qismində böyük oğlu Nikolay Baturini görür. Yana qeyd edib ki, Nikolay universiteti magistr dərəcəsi ilə uğurla bitirib və hazırda əsas işi ilə yanaşı, ali məktəbdə ingilis dili dərsləri keçir.

Almaz Həsənli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью