Pnevmoniyanın əsas əlamətləri açıqlanıb | Icma.az
Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir. Pnevmoniyanın klinik əlamətləri əsasən iltihabın həcmindən asılıdır.
"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova deyib.
O bildirib ki, simptomları xarakterik və ümumi ola bilir: "Xarakterik əlamətlərə öskürək, döş qəfəsində ağrı, nəfəs darlığı aiddir.
Xəstəliyin ilk günlərində xəstəni adətən yalnız yüngül öskürək narahat edir, sonradan öskürək daha intensivləşir, selikli-irinli bəlğəm ifraz olunmağa başlayır.
Döş qəfəsində ağrı əsasən lobar pnevmoniya üçün xarakterikdir, çünki bu halda plevra iltihab prosesinə qoşulur.
Adətən belə ağrılar qəflətən başlayır, nəfəsalmada isə bu ağrılar şiddətlənir. Təngnəfəslik də ağır pnevmoniyaların xarakterik simptomudur.
Pnevmoniya üçün ümumi simptomlar da xarakterikdir. Ümumi əlamətlərə qızdırma, baş ağrıları, halsızlıq, əzələ ağrıları, tərləmə, iştahın azal
kimi simptomlar daxildir. Pnevmoniya üçün adətən yüksək qızdırma (38-39 °C) və bu qızdırmanın qısa müddətli olaraq antipiretik dərmanların f
Tam oxu
Xəbəri oxu