Icma.az, futbolpress-az saytına istinadən bildirir.
ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino Uruqvayı məğlub etdikləri yoxlama oyunundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 5:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında heyətdə tez-tez dəyişiklik etməsi haqda verilən sualı belə cavablandırıb:
“Heyətdə təmizlik işləri aparıram? Bəlkə, konfransı dayandıraq, gedib paltardəyişmə otağına baxım, sonra gəlim? Bu nə sualdır? Mən baş məşqçiyəm, təmizlikçi yox. Heyətdə kim daha yaxşıdır, o oynayır. Bəlkə də, ingilis dilini tam başa düşmürəm, amma belə suallar məni yorur. Nə cavab verməyimi istəyirsiniz? Baş məşqçi mənəm və seçimləri də mən edirəm”.