Poçettino hakimləri top atəşinə tutdu

25.11.2026

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

“Mançester Yunayted”in yeni baş məşqçisi Maurisio Poçettino Premyer Liqandakı hakim idarəçiliyi, komandasının mövcud durumu və heyətdəki son vəziyyətlə bağlı danışıb.

“Yeni Sabah” xəbər verir ki, ötən qarşılaşmadakı mübahisəli epizodlara toxunan argentinalı mütəxəssis VAR sisteminin fəaliyyətini kəskin tənqid edib:

"Premyer Liqada VAR texnologiyası varsa, keçən oyunda nə işə yarayırdılar? Niyə var idilər? Belə şeylər olmamalıdır. Doğru qərar vermək üçün bir az gözləmək lazımdır". Sərfəli qiymətə məhsullar

Poçettino Dominik Sobozlayın vurduğu qolun qeydə alınmasına etiraz edərək epizodda qayda pozuntusu olduğunu vurğulayıb. Onun sözlərinə görə, Barkola canlı səddə dayanan futbolçunu itələyib:

"Sobozlayın qolu qeydə alınmamalı idi. Çünki Barkola bizim canlı səddəki oyunçunu itələmişdi. Bu, qayda pozuntusudur. Bilmirəm, yəqin mən Amerikaya gedəndən burada qaydalar dəyişib".

Komandasının hazırkı çıxışını da dəyərləndirən təcrübəli çalışdırıcı zəif rəqib olmadıqlarını və ötən mövsümü 3-cü pillədə başa vurduqlarını xatırladıb. O, futbolda bəzən fərqli səbəblərdən belə halların yaşandığını, problemi müəyyənləşdirərək vəziyyəti düzəldə biləcəklərinə inandığını qeyd edib.

Poçettino zədəsini sağaldan Lyuk Şounun sıraya döndüyünü, lakin onun qarşıdakı görüşə start heyətində başlayıb-başlamayacağına son durumunu dəyərləndirdikdən sonra qərar verəcəklərini bildirib.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью