Poçettino ilə anlaşmanın detalları məlum oldu

13.11.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Mançester Yunayted”in yeni baş məşqçisi məlum olub.

Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar”ın “sükanı” Maurisio Poçettinoya tapşırılacaq. Bu barədə “The Athletic” nəşri məlumat yayıb. 54 yaşlı mütəxəssislə anlaşmanın müddəti 2029-cu ilin yayına kimi olacaq.

“Mançester Yunayted” Poçettino üçün işlədiyi ABŞ yığmasına 10 milyon dollar kompensasiya ödəyəcək.

İngiltərə təmsilçisi dünən baş məşqçisi Maykl Kerriklə yollarını ayırıb. Komanda 10 turdan sonra Premyer Liqada 18-ci sıradadır.

Poçettinonun ilk sınağı noyabrın 22-də çempionatda “Liverpul”a qarşı olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью