Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Transfer insayderi Devid Ornşteyn Maurisio Poçettinonun "Mançester Yunayted"ə mümkün təyinatı ilə bağlı paylaşım edib.
“Yeni Sabah” xəbər verir ki, onun sözlərinə görə, ABŞ millisi ilə mövcud müqaviləsində yer alan 10 milyon dollarlıq sərbəstqalma məbləği "Mançester Yunayted" klubu tərəfindən ödənilməyəcək:
"ABŞ Futbol Federasiyasına təzminatı "Mançester Yunayted" yox, Poçettinonun özü ödəyəcək". Online shopping Azərbaycan
Bu qərarın tərəflər arasında danışıqları daha da sürətləndirəcəyi və argentinalı mütəxəssisin yaxın vaxtlarda İngiltərə nəhənginin sükan arxasına keçəcəyi gözlənilir.