Poçettino “Mançester Yunayted”ə ABŞ millisindən futbolçular gətirə bilər

17.11.2026

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Mançester Yunayted”in yeni baş məşqçisi Maurisio Poçettino ABŞ millisində birlikdə çalışdığı futbolçuların İngiltərə klubuna transfer oluna biləcəyinə münasibət bildirib.

İdman.Biz “The Telegraph”a istinadən xəbər verir ki, argentinalı mütəxəssis keçmiş yetirmələrini “Old Trafford”da görmək ehtimalını istisna etməyib.

“İndi bu barədə danışmağın vaxtı deyil. Bütün yaxşı futbolçular ən yüksək səviyyəyə çatmağı arzulayırlar. “Mançester Yunayted” həmin səviyyədə olan klublardan biridir və burada oynamaq bir çox futbolçunun arzusudur.

Amma hazırda onlar qarşıdakı oyuna və öz klublarına diqqət yetirməlidirlər. İki ildən artıqdır ki, bu futbolçuların hər birini çox yaxşı tanıyıram. Hamısı böyük istedada malikdir. Gələcəkdə transfer məsələlərinə baxarkən yaxşı tanıdığımız oyunçuları da nəzərə alacağıq”, - deyə Poçettino vurğulayıb.

“Mançester Yunayted”in maraq dairəsində ABŞ millisinin üzvləri Folarin Baloqun, Entoni Robinson, Veston Makkenni və Aleks Frimanın olduğu bildirilir.

İngiltərə klubunun yanvar ayında qış transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdırdığı qeyd olunur. Bununla belə, adı çəkilən futbolçulardan hər hansı biri ilə razılıq əldə edildiyinə dair təsdiqlənmiş məlumat yoxdur.

Qeyd edək ki, Poçettinonun noyabrın 18-də “Mançester Yunayted”də işə başlaması gözlənilir.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью