Poçettino: Premyer Liqaya qayıdacağam

08.11.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino İngiltərə Premyer Liqasında işlədiyi dövrləri xatırlayıb.

QOL.az ESPN-ə istinadən xəbər verir ki, "Tottenhem" və "Çelsi"nin sabiq çalışdırıcısı Pemyer Liqa üçün darıxdığını etiraf edib:

"Premyer Liqa dünyanın ən yaxşı çempionatıdır. Təbii ki, darıxıram. ABŞ-da çox xoşbəxtəm, amma düşünürəm ki, bir gün Premyer Liqaya qayıdacağam. Bu, ən rəqabətli liqadır".

"Tottenhem" və mən böyük uğurlar qazanmağa çox yaxın idikem. Demək olar ki, Premyer Liqa və Çempionlar Liqası kubokuna toxunduq. Mən buna nail olmaq istərdim".

Qeyd edək ki, Poçettino 2014-2019-cu illərdə "Tottenhem"in, 2023-2024-cü illərdə isə "Çelsi"nin baş məşqçisi olub. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью