Poçt əmanətləri və hesablarının qalıq vəsaitlərinin idarə edilməsi üzrə İnvestisiya Strategiyası təsdiq edilib

22.11.2024

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Poçt rabitəsinin milli operatorunun qəbul etdiyi poçt əmanətlərinin və poçt hesablarının qalıq vəsaitlərinin idarə edilməsi üzrə İnvestisiya Strategiyası təsdiq edilib.

APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью