Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Podaqra orqanizimdə purin mübadiləsinin pozulmasından əmələ gələn bir xəstəlikdir.
Bu xəstəlik zamanı ayaq, baş barmağının çöl hissələrində, dabanların altında, diz oynaqlarının ətraflarında şişkinlik və güclü ağrılar olur.
Əgər sizdə belə hallar varsa, qanın analizini vermək lazımdır.
Bu zaman sidik turşusunun miqdarı normadan çoxdursa, deməli sizdə podaqra əlamətləri var.
Bundan sonra böyrəklərinizi də yoxlatdırın, çünkü bu zaman böyrəklərdə çox vaxt urat mənşəli duzlar olur.
Podaqra çox ət yeyən, əsasən mal əti yeyən insanlarda daha çox olur.
Bu zaman ət, balıq, göbələk kimi məhsullar azaldılmalı, təzə tərəvəz yeməklərinə, əsasən salatlar daha çox yeyilməlidir.